Premyer Liqa: IV dövrənin ilk oyununda 5 qol vurulub

Premyer Liqa: IV dövrənin ilk oyununda 5 qol vurulub

Azərbaycan Premyer Liqasında sonuncu - IV dövrəyə start verilib.

“Report”un məlumatına görə, XXVIII turun ilk oyun günündə bir görüş keçirilib.

Turnir cədvəlinin ikinci “beşliy”ində qərarlaşan “Turan Tovuz”la “Sumqayıt” üz-üzə gəliblər. Tovuz şəhər stadionundakı qarşılaşma məhsuldar alınıb.

Matçda hesabı 7-ci dəqiqədə meydan sahibləri açıblar. Natan Oduva fərqlənib. Cəmi 4 dəqiqə sonra Kamran Əliyev bərabərlik qolunu vurub. 33-cü dəqiqədə qərblilər yenidən önə keçiblər. Bu dəfə komandanın ən sərrast oyunçusu Runi Eva toru silkələyib.

Ancaq “gənclik şəhəri” təmsilçisi geridönüş etməyə müvəffəq olub. Əvvəlcə 58-ci dəqiqədə Dieqo Karioka penaltini dəqiq yerinə yetirib. Qarşılaşmada son nöqtəni isə 68-cü dəqiqədə Kamran Əliyev qoyub. “Sumqayıt”ın qış fasiləsində heyətində cəlb etdiyi yarımmüdafiəçi dubla imza ataraq, komandasına 3:2 hesablı səfər qələbəsi qazandırıb. 90+4-cü dəqiqədə qonaqların kapitanı Vüqar Mustafayevin qırmızı vərəqə alaraq, meydandan qovulması da nəticəyə təsir göstərməyib.

Qalibiyyət sayəsində xallarının sayını 24-ə çatdıran “Sumqayıt” turnir cədvəlində yeddinci pilləyə yüksəlib. Altıncı sıradakı “Turan Tovuz” isə 28 xalda qalıb.

Qeyd edək ki, turun “Kəpəz” – “Səbail” və “Zirə” – “Neftçi” oyunları aprelin 1-də, “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” görüşləri isə aprelin 2-də keçiriləcək.

14:24

Azərbaycan Premyer Liqasının XXVIII turunun ilk oyununda üz-üzə gələcək “Turan Tovuz” və “Sumqayıt”ın start heyətləri bəlli olub.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 9. Belajdi Pusi

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov

Baş məşqçi: Ayxan Abbasov

“Sumqayıt”: 25. İlnur Valiev, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 9. Karim Abubakar, 37. Alya Ture

Baş məşqçi: Samir Abasov

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 15:30-da start götürəcək.

Futbol Futbol
UEFA prezidenti Azərbaycana təşəkkür edib

UEFA prezidenti Azərbaycana təşəkkür edib

Futbol Futbol
Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Futbol Futbol
Tomas Müller Ronaldu və Kasilyasın nailiyyətini təkrarlayıb

Tomas Müller Ronaldu və Kasilyasın nailiyyətini təkrarlayıb

Futbol Futbol
"Bavariya"nın baş məşqçisi ölümlə təhdid olunur

"Bavariya"nın baş məşqçisi ölümlə təhdid olunur

Futbol Futbol
Almaniya Bundesliqasına yüksələn ilk komanda bəlli olub

Almaniya Bundesliqasına yüksələn ilk komanda bəlli olub

Futbol Futbol
Azərbaycanlı azarkeşlər “Qarabağ”, “Neftçi” və “Sabah”ı səfər oyununda dəstəkləyəcəklər

Azərbaycanlı azarkeşlər “Qarabağ”, “Neftçi” və “Sabah”ı səfər oyununda dəstəkləyəcəklər

Futbol Futbol
"Qarabağ" türkiyəli hücumçu üçün rəsmi təklif göndərib

"Qarabağ" türkiyəli hücumçu üçün rəsmi təklif göndərib

Futbol Futbol
"Liverpul" futbolçusunu "Bavariya"ya satmaqdan imtina edib

"Liverpul" futbolçusunu "Bavariya"ya satmaqdan imtina edib

Futbol Futbol
Türkiyə Kuboku: "Qalatasaray" çətin qələbə ilə növbəti mərhələyə yüksəlib

Türkiyə Kuboku: "Qalatasaray" çətin qələbə ilə növbəti mərhələyə yüksəlib

Futbol Futbol
Premyer Liqa: "Səbail" və "Zirə"nin heyətləri bəlli olub

Premyer Liqa: "Səbail" və "Zirə"nin heyətləri bəlli olub

Futbol Futbol
Spalletti İtaliya milli komandasına rəhbərlik edəcək

Spalletti İtaliya milli komandasına rəhbərlik edəcək

Futbol Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub