Ukrayna BQ: "Son sutkada Rusiyanın İran istehsalı olan 9 PUA-sı vurulub, 80-dən çox hücumu dəf edilib"

Ukrayna BQ: "Son sutkada Rusiyanın İran istehsalı olan 9 PUA-sı vurulub, 80-dən çox hücumu dəf edilib"

“Rusiya ordusu son sutkada İran istehsalı olan 10 “Şahed” pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücum edib. Onlardan 9-u vurulub”.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində Rusiya ordusu Ukrayna ərazisinə 11 raket və 4 hava zərbəsi endirib, raket salvo sistemlərindən isə 43 hücum təşkil edib: “Gecə saatlarında Xarkov şəhərinin mülki infrastrukturuna 9 raket zərbəsi endirilib. Ukraynanın bütün ərazisinə növbəti raket və hava zərbələrinin endirilməsi ehtimalı kifayət qədər yüksək olaraq qalır. Düşmən əsas səylərini Kupyansk, Limansk, Baxmut, Avdiivka və Marinsk istiqamətlərində hücum əməliyyatları keçirməyə cəmləşdirir. Ukrayna Müdafiə Qüvvələrinin bölmələri düşmənin 80-dən çox hücumunu dəf edib”.

Qeyd olunub ki, Rusiya ordusunun Belarus ərazisindəki döyüş hazırlığı davam edir: Məlumata görə, Baxmuta hücum cəhdləri səngimir.

“Müdafiəçilərimiz bu istiqamətdə 22 hücumu dəf ediblər. Zaporojye və Xerson istiqamətində qarşı tərəf 30-dan çox yaşayış məntəqəsində yanğınlar törədib. Müdafiə Qüvvələrinin Hərbi Hava Qüvvələri son sutka ərzində işğalçıların cəmləşdiyi ərazilərə 6 zərbə endirib. Raket qoşunları və artilleriya bölmələri isə 1 idarəetmə məntəqəsini, düşmənin canlı qüvvəsinin cəmləşdiyi 6 ərazini, 2 sursat anbarını və 2 yanacaq-sürtkü materialı anbarını vurub”, - Baş Qərargahdan qeyd olunub.

Region Region
Ermənistanda məmurlar 665,5 min dolları mənimsəyiblər

Ermənistanda məmurlar 665,5 min dolları mənimsəyiblər

Region Region
Hulusi Akarla NATO-nun Baş katibi arasında görüş olub

Hulusi Akarla NATO-nun Baş katibi arasında görüş olub

Region Region
Türkiyə və ABŞ-ın İŞİD-ə qarşı birgə maliyyə əməliyyatının təfərrüatları məlum olub

Türkiyə və ABŞ-ın İŞİD-ə qarşı birgə maliyyə əməliyyatının təfərrüatları məlum olub

Region Region
Mustafa Şəntop səs verib: "Seçkilər qaydalara uyğun şəkildə keçirilir"

Mustafa Şəntop səs verib: "Seçkilər qaydalara uyğun şəkildə keçirilir"

Region Region
Yaralı erməni hərbçilərinin sayı 4-ə çatıb - YENİLƏNİB

Yaralı erməni hərbçilərinin sayı 4-ə çatıb - YENİLƏNİB

Region Region
İranın tanınmış aktrisaları etiraz aksiyalarına qoşulub

İranın tanınmış aktrisaları etiraz aksiyalarına qoşulub

Region Region
Peskov: “Kim Çen In artıq Rusiyadadır”

Peskov: “Kim Çen In artıq Rusiyadadır”

Region Region
Volodimir Zelenski Türkiyəyə yardım təklif edib

Volodimir Zelenski Türkiyəyə yardım təklif edib

Region Region
İran hakimiyyəti Qərbi Azərbaycan əyalətində Türkiyəyə qarşı mərkəz və telekanal açmağı planlaşdırır

İran hakimiyyəti Qərbi Azərbaycan əyalətində Türkiyəyə qarşı mərkəz və telekanal açmağı planlaşdırır

Region Region
Ərdoğan Kahramanmaraşa gedib

Ərdoğan Kahramanmaraşa gedib

Region Region
Güney azərbaycanlı əfsanəvi futbolçu: "Bu il fitrə zəkatınızı zibil qutularına atın!"

Güney azərbaycanlı əfsanəvi futbolçu: "Bu il fitrə zəkatınızı zibil qutularına atın!"

Region Region
Ərdoğan səs verib

Ərdoğan səs verib