Xorvatiyanın baş naziri yeni hökumət formalaşdıracaq

Xorvatiyanın baş naziri yeni hökumət formalaşdıracaq

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ölkə Prezidenti Zoran Milanoviçdən növbəti hökuməti formalaşdırmaq üçün mandat alıb.

“Report” xəbər verir ki, bu barədə cümə günü EFE agentliyi məlumat yayıb.

Plenkoviç sosial şəbəkələrdə bildirib ki, o, parlamentin 151 deputatından 78-nin onu dəstəklədiyi sənədi dövlət başçısına təqdim edib. Bununla da sağ mərkəzçi Plenkoviç prezidentə parlamentdə kifayət qədər dəstəyə malik olduğunu sübut edib.

Xatırladaq ki, Plenkoviçin rəhbərlik etdiyi Xorvatiya Demokratik İttifaqı Partiyası aprel seçkilərini birinci yerdə başa vursa da, parlamentdə çoxluğu əldə edə bilməmişdi.

Bununla belə, baş nazir hakim koalisiya yaratmaq üçün tərəfdaşlar tapa bilib: koalisiya tərkibinə daha iki sağçı partiyanın deputatları daxil olub. Milli azlıqları təmsil edən bəzi deputatlar da onu dəstəkləyib.