KİV: Fransa şirkəti Ermənistanla birgə silah istehsalına başlayacaq

KİV: Fransa şirkəti Ermənistanla birgə silah istehsalına başlayacaq

Fransanın “Safran Group” şirkəti Ermənistanla birgə silah və komponentlərin istehsalına başlayacaq.

Birxeber.Az xəbər verir ki, bu barədə bir sıra Ermənistan Telegram kanalları məlumat yayıb.

Məlumatda “Safran” şirkətinin Ermənistanla birgə silah istehsalına başlamaq istəyi qeyd olunur.

Xatırladaq ki, “Safran Group” şirkəti Fransız aviasiya üçün komponentlər istehsal edir. Şirkət 2005-ci ildə təyyarə və raket mühərrikləri və aerokosmik komponentlər istehsalçısı Snecma və elektronika istehsalçısı SAGEM-in birləşməsi nəticəsində yaranıb.