Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə"nin posteri təqdim edilib

Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə"nin posteri təqdim edilib

Azərbaycan Cüdo Federasiyası (ACF) bu il Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinin rəsmi posterini təqdim edib.

Bu barədə "Birxeber.Az"a ACF-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yarışda 60-dan çox ölkədən 400-dən artıq idmançının iştirakı gözlənilir.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 16-18-də Milli Gimnastika Arenasında gerçəkləşəcək. Turnirə biletləri "iticket.az" saytından əldə etmək mümkündür.