Azərbaycanda son 20 ildə 21 min km-ə yaxın yeni yol tikilib, yenidən qurulub və təmir edilib

Azərbaycanda son 20 ildə 21 min km-ə yaxın yeni yol tikilib, yenidən qurulub və təmir edilib

2003-2023-cü illərdə Azərbaycanda 20 703,6 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.

"Birxeber.Az" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, bunun 6 782,6 km-i respublika əhəmiyyətli, 11 418,7 km-i yerli əhəmiyyətli, 2 454,4 km-i Bakı şəhər yolları, 47,9 km-i Sumqayıt şəhər yolları olub.

"O cümlədən, ötən il ölkədə 881,7 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub", - deyə sədr əlavə edib.