Moskvada azərbaycanlı rəssamın sərgisi keçirilib

Moskvada azərbaycanlı rəssamın sərgisi keçirilib

Moskvada azərbaycanlı rəssam İnci Vəliyevanın “İnam. Ümid. Sevgi” adlı sərgisi keçirilib.

“Birxeber.Az”un Rusiya bürosu xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi sərgi M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında keçirilib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlarının rəhbəri Tamilla Əhmədova rəssam və həkim İnci Vəliyevanın yaradıcılığının öz səmimiliyi ilə fərqləndiyini deyib.

M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin sərginin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva çıxışında sərginin Novruz Bayramı ərəfəsində təşkil edilməsinin təsadüfi olmadığını qeyd edib: “Qadın sevgi, inam və ümiddir. Bu sözlər İncinin sərgisini birləşdirir”.

Rəssam İnci Vəliyeva yaradıcılığına göstərdikləri diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib. Onun sözlərinə görə, çəkdiyi rəsmlərdə pasiyentlərinin, həyat yolunda rastlaşdığı insanların duyğuları əks olunub. Rəssam sərgini valideynlərinə həsr etdiyini bildirib.

Qeyd edək ki, İnci Vəliyeva Bakıda anadan olub və Azərbaycan Tibb Universitetini bitirib. 2017-ci ildə 45 yaşında V. İ. Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun Rəssamlıq və Akademik Rəsm Məktəbinə daxil olan rəssam Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Rafiq Quliyev: “Müəllif-tamaşaçı ünsiyyətini qura bilmədiyimizdən ələbaxımlılıqdan xilas ola bilmirik”

Rafiq Quliyev: “Müəllif-tamaşaçı ünsiyyətini qura bilmədiyimizdən ələbaxımlılıqdan xilas ola bilmirik”

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bulvarda konsert və atəşfəşanlıq olacaq

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bulvarda konsert və atəşfəşanlıq olacaq

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
TÜRKSOY: “Qarabağda Ermənistanın qədim mədəniyyəti yox etməsini dünyaya göstərməliyik”

TÜRKSOY: “Qarabağda Ermənistanın qədim mədəniyyəti yox etməsini dünyaya göstərməliyik”

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Xalq artisti: "Türkiyəyə getməsəydim, Azərbaycan teatrı üçün daha yaxşı olardı"

Xalq artisti: "Türkiyəyə getməsəydim, Azərbaycan teatrı üçün daha yaxşı olardı"

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Əməkdar artist: "60 manata aktyor ailə saxlaya bilərmi?!"

Əməkdar artist: "60 manata aktyor ailə saxlaya bilərmi?!"

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Milli Teatr Günü ilə əlaqədar telemarafon keçiriləcək

Milli Teatr Günü ilə əlaqədar telemarafon keçiriləcək

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Rusiyanın Azərbaycandakı səfiri Müslüm Maqomayevin məzarını ziyarət edib

Rusiyanın Azərbaycandakı səfiri Müslüm Maqomayevin məzarını ziyarət edib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
“Avroviziya 2023”də Azərbaycanı təmsil edəcək 5 namizəd ifaçı müəyyən edilib

“Avroviziya 2023”də Azərbaycanı təmsil edəcək 5 namizəd ifaçı müəyyən edilib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Öcal Oğuz: “Beynəlxalq Türk Dili Günü noyabrda elan oluna bilər”

Öcal Oğuz: “Beynəlxalq Türk Dili Günü noyabrda elan oluna bilər”

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Güney Azərbaycan milli hərəkatı üzrə ekspert: “İranda tariximizi təhrif edirlər, mədəniyyətimizi məhv edirlər”

Güney Azərbaycan milli hərəkatı üzrə ekspert: “İranda tariximizi təhrif edirlər, mədəniyyətimizi məhv edirlər”

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
“Azərbaycan kinosu - 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forumun ilk günü yekunlaşıb - YENİLƏNİB

“Azərbaycan kinosu - 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forumun ilk günü yekunlaşıb - YENİLƏNİB

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib - YENİLƏNİB

Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib - YENİLƏNİB