Şimali Koreya parlamentinin keçmiş sədri Choi Thae Bok vəfat edib

Şimali Koreya parlamentinin keçmiş sədri Choi Thae Bok vəfat edib

KXDR Ali Xalq Məclisinin keçmiş sədri Çoi Thae Bok vəfat edib. O, bu vəzifəni hamıdan çox tutub - 1998-ci ildən 2019-cu ilə qədər.

APA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, KXDR lideri Kim Çen In yanvarın 21-də onun xatirəsini ehtiramla yad edib və onun adından əklil qoyulub.

Yonhap Agentliyinin qeyd etdiyi kimi, Choi Tae Bokun 93 yaşı var idi.