Bədii filmlərin çəkilişlərinə maliyyə ayrılması üçün nazirliyə müraciət ünvanlanıb 

Bədii filmlərin çəkilişlərinə maliyyə ayrılması üçün nazirliyə müraciət ünvanlanıb 

Bədii filmlərin çəkilişlərinə maliyyə ayrılması üçün Mədəniyyət Nazirliyinə müraciət ünvanlanıb.

Bu barədə "Report"a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Bildirilib ki, Kinorejissorlar Gildiyasında “Tammetrajlı bədii film layihələrinə dəstək - 2022” nəticələrinin reallaşmaması məsələsi müzakirə olunub. İttifaq da situatsiya ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb.

Müraciətdə müsabiqənin nəticələrinin reallaşmasının yeni nəsil kinematoqrafçılar nəslinin formalaşmasında oynaya biləcəyi müsbət rol qeyd edilib, layihələrin maliyyələşməsi istiqamətində təcili addımlar atılmasına çağırılıb.