Ermənistan İqtisadiyyat Nazirliyində axtarış aparılıb, sabiq müavinin həbs edildiyi bildirilir

Ermənistan İqtisadiyyat Nazirliyində axtarış aparılıb, sabiq müavinin həbs edildiyi bildirilir

Ermənistan İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidməti 15-ə yaxın yerdə, o cümlədən İqtisadiyyat Nazirliyində və bir qrup şəxsin evində irimiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Birxeber.Az "armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.

O bildirib ki, açılmış iki cinayət işi çərçivəsində axtarışlar və istintaq hərəkətləri aparılır.

İstintaq Komitəsinin rəsmisi hansı cinayət işindən söhbət getdiyinə dair açıqlama verməyib.

İqtisadiyyat nazirinin müavini Ani İspiryanın həbsi ilə bağlı mətbuatda yayılan xəbərlər barədə də İstintaq Komitənin mətbuat katibi şərh verməyib.

Qeyd edək ki, "Hraparak" nəşri dünən işdən azad edilən iqtisadiyyat nazirinin müavini Ani İspiryanın ofisində axtarış aparıldığını və onun əşyalarının götürüldüyünü yazıb.

"Hraparak" nəşri "168.am" saytına istinadən yazıb ki, sabiq nazir müavini və İqtisadiyyat Nazirliyinin Dövlət İnvestisiyaları İdarəsinin rəisi Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib.