Naxçıvanda “Ərəzin” gips yatağının bir hissəsi özəlləşdirilib

Naxçıvanda “Ərəzin” gips yatağının bir hissəsi özəlləşdirilib

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən “Ərəzin” gips yatağından ayrılmış 14 hektar sahə hərraca çıxarılıb.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Belə ki, nazirlik və Hərracların Təşkili üzrə Auksion Mərkəzi Naxçıvanda yerin təkinin istifadəyə verilməsi üzrə hərrac keçirib.

Sahənin başlanğıc qiyməti 103 min 600 manat olan hərrac 145 min manatla yekunlaşdırılıb. Hərracın qalibi "Gilan and Knauf" şirkəti olub.