Malayziyada növbəti dəfə "Formula 1" yarışı keçirilə bilər

Malayziyada növbəti dəfə "Formula 1" yarışı keçirilə bilər

Malayziyada növbəti dəfə "Formula 1" yarışı keçirilə bilər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, dövlət neft şirkəti "Petronas" Qran-prisini 2026-cı ildə ölkəyə qaytarmaq niyyətindədir.

"Formula 1" rəhbərliyi hələlik məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, Malayziya Qran-prisi 1999-2017-ci illərdə təqvimdə yer alıb. Bilet satışının azalması, yarışın təşkili üçün xərclərin artması turnirin burada keçirilməməsinə səbəb olub.