KİV: Moskvaya uçan Hindistan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb - YENİLƏNİB-2

KİV: Moskvaya uçan Hindistan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb - YENİLƏNİB-2

Əfqanıstanda qəzaya düşən Falcon təyyarəsi Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydə alınıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Ehtimal edilir ki, təyyarədə 6 nəfər olub: 4 ekipaj üzvü və 2 sərnişin.

Rosaviasiya xəbər verir ki, təyyarə Qaya (Hindistan) - Daşkənd - Jukovski marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirmiş.

***

11:28

Moskvaya uçan Hindistan şirkətinə məxsus təyyarə Əfqanıstanın şimal-şərqində qəzaya uğrayıb.

Birxeber.Az xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən Aamaj News agentliyi məlumat yayıb.

Məlumata görə, təyyarə texniki nasazlıq səbəbindən Bədəxşan əyalətində qəzaya uğrayıb. Agentlik təyyarənin modeli və göyərtəsində olan sərnişinlərin təxmini sayı barədə məlumat verməyib.

***

10:56

Əfqanıstanın şimalındakı Bədəxşan vilayətində sərnişin təyyarəsi qəzaya uğrayıb.

Birxeber.Az xəbər verir ki, bu barədə bazar günü yerli Tolonews telekanalı əyalətin İnformasiya və Mədəniyyət Departamentinin rəsmisi Zabihullah Amiriyə istinadən məlumat yayıb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.