Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 2 % artıb

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 2 % artıb

2023-cü ildə əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 2 milyard 193,9 milyon manatlıq əməliyyat aparıb.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın yanvar buraxılışında bildirilir.

Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə 1,8 % çoxdur.

Təkcə ötən ilin dekabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 202,7 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 6,4 % çoxdur.