Bakıda 50 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
Bakının Nizami rayonunda 50 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Birxeber.Az"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Ağayeva Sevda Əhməd qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ topuq sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.