Taleh Kazımov: "Premium Bank"ın 2,5 mln. kredit verməsində problem görmürük

Taleh Kazımov: "Premium Bank"ın 2,5 mln. kredit verməsində problem görmürük

"Premium Bank" öz strategiyasına uyğun olaraq biznes nöqteyi nəzərdən 2,5 milyon manat kredit verilməsi ilə bağlı qərar verib. Mərkəzi Bank bu kreditlə bağlı məlumatlıdır.

Birxeber.Az-Economics” xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında sözügedən bankın kiçik gəlir müqabilində böyük həcmdə kredit verilməsinə münasibət bildirən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

"Premium Bank"ın rəhbərliyi ilə müzakirə etmişik. Aidiyyatı tədbirlər görülüb. Lazım olduğu təqdirdə ehtiyatlar yaradılıb. Biz burada heç bir problem görmürük. Mərkəzi Bank olaraq belə kreditlərin verilməsinin qarşısını almırıq, sadəcə banklardan səbəbinin açıqlanmasını tələb edirik. Banklar əksər hallarda belə kreditlər vermir. Bu sahəyə diqqətlə nəzarət edirik" - AMB sədri əlavə edib.