Fazil Mustafa: "Türkiyə ilə dərman sənayemizi birləşdirək, bir millət, bir dərman, iki dövlət olaq”
"Azərbaycanda dərman sənayesi ilə bağlı problemlər var. Azərbaycan və Türkiyəyə "bir millət, iki dövlət" deyilir. Bəlkə, dərman sənayemizi də birləşdirək, "bir millət, bir dərman, iki dövlət" olaq".
Birxeber-in Birxeber-a istinadla məlumatına görə, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində deyib.
O həmçinin təklif edib ki, onkoloji xəstələr icbari tibbi sığorta ilə əhatə olunsun: "Heç olmasa pulu olmayan vətəndaşlar icbari tibbi sığorta çərçivəsində müalicə oluna bilsin. Əhalimiz burada zülm çəkir. Hamının Türkiyədə, Almaniyada müalicə almağa pulu yoxdur".
Birxeber