Allahşükür Paşazadə Türkiyə Cəfəriləri icmasının lideri ilə görüşüb

Allahşükür Paşazadə Türkiyə Cəfəriləri icmasının lideri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cəfəriləri icmasının lideri Səlahəddin Özgündüz və icmanın bir sıra digər nümayəndələri ilə iftar süfrəsində görüşüb.

Bu barədə "Report"a QMİ-dən məlumat verilib.

Bildirilib ki, görüş zamanı QMİ sədri Türkiyə cəfərilər icmasının fəaliyyəti, icmanın Azərbaycana qardaş münasibət bəslədiyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı verdiyi mənəvi dəstək haqqında məlumatlı olduğunu ifadə edərək, buna görə qarşı tərəfə öz minnətdarlığını bildirib.

S.Özgündüz Azərbaycan və bütün Qafqaz müsəlmanlarının lideri Şeyxülislam ilə görüşməkdən şərəf duyduğunu ifadə edib.

Şeyxülislam A.Paşazadə Türkiyə Cəfəri icmasının həyat və fəaliyyəti ilə maraqlanıb, azad olunmuş Qarabağ torpaqlarında mədəni-tarixi irsimizə erməni vandalizminin vəhşicəsinə vurduğu zərər haqqında, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkənin ərazi bütövlüyü bərpa edildikdən sonra burada aparılan yenidənqurma və bərpa, xüsusilə də minalardan təmizləmə işlərinin gedişi barədə söz açıb.

QMİ sədri Laçın yolu ilə bağlı gerçəkləri də Türkiyə cəfəri icmasının rəhbərinin nəzərinə çatdırıb.

Tərəflər gələcək əməkdaşlıq perspektivlərini, o cümlədən, Türkiyə Cəfəri icması nümayəndə heyətinin yaxın zamanda Azərbaycana səfərini müzakirə ediblər.

Din Din
QMİ Stokholmda Quranın yandırılması ilə bağlı bəyanat yayıb

QMİ Stokholmda Quranın yandırılması ilə bağlı bəyanat yayıb

Din Din
Mübariz Qurbanlı: "Məşədi Dadaş" məscidinə təyinat alan imam və əvvəlki iki nəfər fəaliyyətini davam etdirir"

Mübariz Qurbanlı: "Məşədi Dadaş" məscidinə təyinat alan imam və əvvəlki iki nəfər fəaliyyətini davam etdirir"

Din Din
Dövlət Komitəsi dini təhsili olmayan din xadimlərinin gələcək taleyinə aydınlıq gətirib

Dövlət Komitəsi dini təhsili olmayan din xadimlərinin gələcək taleyinə aydınlıq gətirib

Din Din
Naxçıvanda Heydər Məscidi kompleksinin inşası davam etdirilir

Naxçıvanda Heydər Məscidi kompleksinin inşası davam etdirilir

Din Din
Rəvan Həsənov: "İslamofobiya hallarının artması Azərbaycanı da narahat edir"

Rəvan Həsənov: "İslamofobiya hallarının artması Azərbaycanı da narahat edir"

Din Din
Fərid Şəfiyev: "Azərbaycana qarşı qərəzli münasibətin səbəblərindən biri islamofobiyadır"

Fərid Şəfiyev: "Azərbaycana qarşı qərəzli münasibətin səbəblərindən biri islamofobiyadır"

Din Din
Daha bir qrup dindar bəyanat verib: "İran məkrli hərbi-siyasi oyunlarına son qoymalıdır"

Daha bir qrup dindar bəyanat verib: "İran məkrli hərbi-siyasi oyunlarına son qoymalıdır"

Din Din
Koul Darem: “İslamofobiyanın ən bariz nümunəsi Myanmada baş verənlərdir”

Koul Darem: “İslamofobiyanın ən bariz nümunəsi Myanmada baş verənlərdir”

Din Din
Azərbaycandakı dini konfessiya rəhbərləri Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycandakı dini konfessiya rəhbərləri Heydər Əliyevin məzarını ziyarət edib

Din Din
Mehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb

Mehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb

Din Din
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Din Din
Allahşükür Paşazadə Bəhreynə gedir, Roma Papası ilə görüşə bilər

Allahşükür Paşazadə Bəhreynə gedir, Roma Papası ilə görüşə bilər