Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər

Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 106 gündür davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

QARABAĞ QARABAĞ
TÜRKPA Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını təqdir edib

TÜRKPA Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını təqdir edib

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 34 avtomobili maneəsiz keçib - YENİLƏNİB-6

Xankəndi-Laçın yolunda sülhməramlıların 34 avtomobili maneəsiz keçib - YENİLƏNİB-6

QARABAĞ QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsində erməni təxribatının qarşısı alınıb

Azərbaycanın Qarabağ bölgəsində erməni təxribatının qarşısı alınıb

QARABAĞ QARABAĞ
İlham Əliyev və Mehriban Əliyevaya Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verilib

İlham Əliyev və Mehriban Əliyevaya Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verilib

QARABAĞ QARABAĞ
Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə modul tipli yataqxanalar gətirib

Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə modul tipli yataqxanalar gətirib

QARABAĞ QARABAĞ
Azərbaycan Prezidenti: "Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun"

Azərbaycan Prezidenti: "Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun"

QARABAĞ QARABAĞ
Beynəlxalq səyahətçilər qrupu Ağdama gedib

Beynəlxalq səyahətçilər qrupu Ağdama gedib

QARABAĞ QARABAĞ
Eplton: “Böyük Britaniya minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirəcək”

Eplton: “Böyük Britaniya minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirəcək”

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının təminat avtomobili növbəti dəfə maneəsiz hərəkət edib  - VİDEO

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının təminat avtomobili növbəti dəfə maneəsiz hərəkət edib - VİDEO

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda aksiyanın 133-cü günü: sərhəd-buraxılış məntəqəsinin qurulması sevinclə qarşılanıb

Xankəndi-Laçın yolunda aksiyanın 133-cü günü: sərhəd-buraxılış məntəqəsinin qurulması sevinclə qarşılanıb

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 60 avtomobili maneəsiz keçib - YENİLƏNİB-4

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 60 avtomobili maneəsiz keçib - YENİLƏNİB-4

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 9 avtomobilin hərəkətinə şərait yaradılıb

Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 9 avtomobilin hərəkətinə şərait yaradılıb