Macarıstan XİN başçısı ABŞ-nin ölkəsinə qeyri-dost münasibətindən gileylənib

Macarıstan XİN başçısı ABŞ-nin ölkəsinə qeyri-dost münasibətindən gileylənib

Hazırkı ABŞ administrasiyası Macarıstanı siyasi opponent kimi görür, çünki o, kənardan gələn göstərişlərə əməl etmək istəmir və müstəqil siyasət aparır.

“Report” xəbər verir ki, bu qənaətə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto martın 26-da Niderlandın ictimai televiziyasına müsahibəsində bildirib.

O, Budapeştlə Vaşinqton arasındakı münasibətlərlə bağlı suala belə cavab verib: “İndiki ABŞ administrasiyası özünü bizim dost müttəfiqimiz kimi göstərmir. Onlar bizi opponent sayırlar”.

“Biz onları opponent saymırıq, çünki ABŞ Macarıstanın dostudur və biz müttəfiqik. Bizi opponent kimi təqdim edən hazırkı Amerika administrasiyasıdır, çünki bizdə var gücü ilə milli maraqları müdafiə etməyə can atan vətənpərvər, mühafizəkar, sağçı hökumət var. Biz kənardan qiymətləndirmə və öyüdlərə qulaq asmaq istəmirik və bu, indiki administrasiyanın xoşuna gəlmir”, - XİN başçısı vurğulayıb.

Siyarto həmçinin ABŞ-nin Budapeştdəki səfiri Devid Pressmanın Macarıstan cəmiyyətinin daxili problemlərini tez-tez açıq şəkildə qiymətləndirməyə başlamasından təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, xaricdəki macar diplomatlarından hər hansı biri buna bənzər şeyə yol versəydi, onlar dərhal vətənlərinə geri çağırılardı.

Bundan başqa, nazir təsdiqləyib ki, Macarıstan Ukrayna ordusunu silahla təchiz edən ABŞ, həmçinin Aİ ölkələrinin əksəriyyətinin hərəkətlərini yanlış sayır.

“Biz Ukraynaya silah göndərməmək qərarına gələn azsaylı Aİ ölkələrindən biriyik. Bunun səbəbi odur ki, biz müharibənin eskalasiyasına səbəb olan istənilən addıma qarşıyıq. Amerikalılar Ukraynaya avropalılardan qat-qat çox silah verirlər və onlar bunu etdikcə Ukrayna döyüşə biləcək”, - Siyarto aydınlıq gətirib.

Xatırladaq ki, Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Macarıstan hökuməti ilə Cozef Bayden administrasiyası arasında münasibətlər böhran içindədir. Belə ki, Birləşmiş Ştatlar Macarıstan rəhbərliyinin Ukrayna da daxil olmaqla bir sıra beynəlxalq məsələlərdə mövqeyini bəyənmir. Budapeşt isə Vaşinqtonu daxili işlərə qarışmaq cəhdində və siyasi müxalifəti dəstəkləməkdə suçlayır, eyni zamanda V. Orban, ölkəsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etməsinə baxmayaraq, Rusiya lideri ilə sıx münasibətlərdən bəhs edir. 2021-ci ilin dekabrında Orban Bayden tərəfindən ABŞ-nin ev sahibliyi etdiyi virtual Demokratiya Sammitinə dəvət olunmayan yeganə Aİ lideri olub. Avropa mətbuatının yazdığına görə, bu il Macarıstanın Baş naziri Amerikanın təşəbbüsü ilə martın 29-30-da keçiriləcək eyni sammitə çağırılanlar arasında yenə də yer almayıb.

Digər ölkələr Digər ölkələr
Filippində daşqın qurbanlarının sayı 27 nəfərə çatıb

Filippində daşqın qurbanlarının sayı 27 nəfərə çatıb

Digər ölkələr Digər ölkələr
Orban: “Macarıstan Aİ-nin Ukraynaya yardım planına qarşı çıxacaq”

Orban: “Macarıstan Aİ-nin Ukraynaya yardım planına qarşı çıxacaq”

Digər ölkələr Digər ölkələr
Bayden: “Hökumətin işini dayandırması bütün amerikalıları təsir edəcək”

Bayden: “Hökumətin işini dayandırması bütün amerikalıları təsir edəcək”

Digər ölkələr Digər ölkələr
MİT Suriyada yeni əməliyyat keçirib, solçu terrorçu məhv edilib

MİT Suriyada yeni əməliyyat keçirib, solçu terrorçu məhv edilib

Digər ölkələr Digər ölkələr
ABŞ taxıl sazişinin uzadılması və genişləndirilməsinə çağırıb

ABŞ taxıl sazişinin uzadılması və genişləndirilməsinə çağırıb

Digər ölkələr Digər ölkələr
Nigeriyada silahlılar 13 hərbçini öldürüblər

Nigeriyada silahlılar 13 hərbçini öldürüblər

Digər ölkələr Digər ölkələr
Bayden Ağ Evə yeni mətbuat katibi təyin edib

Bayden Ağ Evə yeni mətbuat katibi təyin edib

Digər ölkələr Digər ölkələr
Parisdə pensiya islahatına qarşı aksiyalarda 217 etirazçı saxlanılıb

Parisdə pensiya islahatına qarşı aksiyalarda 217 etirazçı saxlanılıb

Digər ölkələr Digər ölkələr
Fransada onlarla məktəbin şagirdləri bomba həyəcanı ilə təxliyə olunub

Fransada onlarla məktəbin şagirdləri bomba həyəcanı ilə təxliyə olunub

Digər ölkələr Digər ölkələr
Zelenski: “Rusiya Ukrayna ordusunu dayandırmaq üçün əlindən gələni edir”

Zelenski: “Rusiya Ukrayna ordusunu dayandırmaq üçün əlindən gələni edir”

Digər ölkələr Digər ölkələr
Somalidə kafedə partlayış baş verib, azı 10 nəfər ölüb

Somalidə kafedə partlayış baş verib, azı 10 nəfər ölüb

Digər ölkələr Digər ölkələr
Rusiya MN sülhməramlılara yeni komandan təyin olunmasını təsdiqləyib

Rusiya MN sülhməramlılara yeni komandan təyin olunmasını təsdiqləyib