Bir il əvvəl əfvə düşən şəxs yeniyetməni bıçaqladı

Bir il əvvəl əfvə düşən şəxs yeniyetməni bıçaqladı

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən 2001-ci il təvəllüdlü Vüqar Rəsulova hökm oxunub.

Birxeber Qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Məhkəmədə bildirilib ki, Vüqar Rəsulov 2019-cu ildə də bıçaqlanma hadisəsi törədib. Həmin vaxt ona 3 il həbs cəzası verilib. Lakin 2021-ci ildə Novruz bayramı ərəfəsində verilmiş Əfv sərəncamı əsasında V.Rəsulov cəzasının qalan hissəsindən azad edilərək cəzaçəkmə müəssisəsindən buraxılıb.

Bundan 6 ay sonra, yəni 2021-ci ilin sentyabrında isə Vüqar yenidən bıçaqlanma hadisəsi törədib. Bu dəfə o, Xətai rayonu Əhmədli qəsəbəsində 2005-ci il təvəllüdlü Rəsul Bədəlovu (şərti) bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həyatını xilas etmək mümkün olub.

V.Rəsulov saxlanılıb və ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Qeyd edək ki, məhkəmədə Vüqarın yetkinlik yaşına çatmayan Rəsulu əsassız yerə bıçaqlaması məlum olub. Bəlli olub ki, hadisədən bir neçə gün əvvəl onlar metronun “Əhmədli” stansiyası yaxınlığında rastlaşıb və baxışları toqquşub. Vüqar Rəsuldan niyə ona tərs-tərs baxdığını soruşub və cəzalandıracağını deyib. Daha sonra isə Rəsul Vüqarın onun haqqında təhqiramiz sözlər danışdığını eşidərək Vüqarın olduğu “Dost qapısı” kafesinə gedib. Burada onlar dalaşıblar və Vüqar belində gəzdirdiyi bıçaqla yeniyetmənin döş qəfəsinə ağır xəsarət yetirib.

Birxeber
HADİSƏ HADİSƏ
İsmayıllıda qaydaları pozan 20 sürücü cərimələnib

İsmayıllıda qaydaları pozan 20 sürücü cərimələnib

HADİSƏ HADİSƏ
Tələbəni qətlə yetirən ofisianta HÖKM OXUNDU

Tələbəni qətlə yetirən ofisianta HÖKM OXUNDU

HADİSƏ HADİSƏ
DİN: "Polisin qarşısına kütləvi olaraq vətəndaşları cərimələmək kimi niyyət qoyulmayıb"

DİN: "Polisin qarşısına kütləvi olaraq vətəndaşları cərimələmək kimi niyyət qoyulmayıb"

HADİSƏ HADİSƏ
Şəkidə narkotiklə saxlanılan şəxsin digər cinayət əməlinin üstü açılıb

Şəkidə narkotiklə saxlanılan şəxsin digər cinayət əməlinin üstü açılıb

HADİSƏ HADİSƏ
4 yaşlı qız faciəli şəkildə öldü - Qardaşı Bakıya gətirildi

4 yaşlı qız faciəli şəkildə öldü - Qardaşı Bakıya gətirildi

HADİSƏ HADİSƏ
6 marşrut avtobusu, 12 avtobus tıxacda qaldı - SİYAHI

6 marşrut avtobusu, 12 avtobus tıxacda qaldı - SİYAHI

HADİSƏ HADİSƏ
DİN tələbənin polislər tərəfindən döyülməsi ilə bağlı məlumatlara münasibət bildirib

DİN tələbənin polislər tərəfindən döyülməsi ilə bağlı məlumatlara münasibət bildirib

HADİSƏ HADİSƏ
"MTN işi"ndə zərərçəkmiş: "Dedi ki, pulu Eldar Mahmudov istəyir"

"MTN işi"ndə zərərçəkmiş: "Dedi ki, pulu Eldar Mahmudov istəyir"

HADİSƏ HADİSƏ
Zaqatalada arvad ərini bıçaqladı

Zaqatalada arvad ərini bıçaqladı

HADİSƏ HADİSƏ
DYP-dən vətəndaşlara çağırış: "İctimai nəqliyyata üstünlük verməyi xahiş edirik"

DYP-dən vətəndaşlara çağırış: "İctimai nəqliyyata üstünlük verməyi xahiş edirik"

HADİSƏ HADİSƏ
Güclü külək Gəncədə bir sıra fəsadlar törədib

Güclü külək Gəncədə bir sıra fəsadlar törədib

HADİSƏ HADİSƏ
Xocavənddə dəmir tullantıları toplayan şəxslər saxlanılıb

Xocavənddə dəmir tullantıları toplayan şəxslər saxlanılıb