Biləsuvarda "Prado" motoskletlə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Biləsuvarda "Prado" motoskletlə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Biləsuvar rayonunda yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

Birxeber.Az-nın cənub bürosunun verdiyi xəbərə görə, xəsarət alan şəxslər Biləsuvar rayon sakinləri Elxan Cavadov və Bəhruz Cavadovdur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***
19:00

Biləsuvarda yol qəzası olub xəsarət alanlar var.

Birxeber.Az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar rayon ərazisində qeydə alınıb. Motosikletlə "Prado" markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.