Ermənistan təhlükəsizlik orqanları İqtisadiyyat Nazirliyində axtarışlar aparır

Ermənistan təhlükəsizlik orqanları İqtisadiyyat Nazirliyində axtarışlar aparır

Milli Təhlükəsizlik Xidməti Ermənistanın İqtisadiyyat Nazirliyində əməliyyat-istintaq tədbirləri həyata keçirir.

"Report" xəbər verir ki, bunu "Sputnik-Armenia"ya iqtisadiyyat nazirinin mətbuat katibi Astxik Sarkisyan deyib.

Keçmiş nazir müavini Ani İspiryanın və Dövlət İnvestisiya Siyasəti Departamentinin rəhbəri Liliya Sirakanyanın ofisində axtarışların aparılması ilə bağlı məlumatlara gəlincə, Sarkisyan qeyd edib ki, istintaq tədbirləri ilə bağlı heç bir şərh vermir: “Biz korrupsiyaya qarşı mübarizəni son dərəcə vacib hesab edirik”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Ani İspiryan nazir müavini vəzifəsindən azad edilib.