Josep Borrel Rusiyanın nefti endirimlə satacağına ümid edir
Avropa İttifaqı (Aİ) üzvü olmayan ölkələrə Rusiyadan neft almasına qadağa qoya bilməz, lakin ümid edir ki, rəsmi Moskva yeni müştəri axtarışında nefti endirimlə satmalı olacaq.
“Birxeber” TASS-a istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.
“Biz o qədər də qüdrətli deyilik ki, Rusiyanın hansısa ölkəyə neft satmasının qarşısını ala bilək. Lakin biz Rusiyanın ən vacib müştərisiyik. Onlar yeni müştəri axtarmalı və qiyməti aşağı salmalı olacaq”, - o bildirib.