Rusiyada daha bir namizəd prezidentlik yarışından geri çəkilib

Rusiyada daha bir namizəd prezidentlik yarışından geri çəkilib

Rusiya Azadlıq və Ədalət Partiyasının prezidentliyə namizədi Andrey Boqdanov prezidentlik yarışından geri çəkilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası açıqlama verib.

Bildirilib ki, Boqdanov Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasına prezident seçkilərində qeydiyyatdan keçməyə dəstək verən sənədləri və seçici imzalarını təqdim edib. Qeyd olunub ki, Boqdanov prezidentlik yarışından geri çəkilmək barədə ərizə yazıb.

Qeyd edək ki, yanvarın 30-da “Rusiya Ümumxalq Birliyi” partiyasının lideri Sergey Baburin namizədliyini geri götürdüyünü və prezident seçkilərində iştirak etməyəcəyini açıqlayıb. O, Rusiya Federasiyasının prezident seçkilərində Vladimir Putini dəstəkləməyə çağırıb.