Çexiya parlamentinin Deputatlar Palatasının sədri Azərbaycana səfər edəcək

Çexiya parlamentinin Deputatlar Palatasının sədri Azərbaycana səfər edəcək

Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Azərbaycana səfər edəcək.

APA "armenpress"ə istinadən xəbər verir ki, hazırda İrəvanda səfərdə olan Marketa Pekarova Adamova Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb.

Görüşün yekunları ilə bağlı keçirilən mətbuat konfransında Alen Simonyan bildirib ki, görüş zamanı tərəflər Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.

“Biz ölkələrimiz arasında əlaqələrin inkişafı, ticarət dövriyyəsi, eləcə də müxtəlif beynəlxalq platformalarda əməkdaşlığı müzakirə etdik. Təkbətək görüşümüzdə regional məsələləri, qonşu Azərbaycanla münasibətləri də müzakirə etdik. Bilirsiniz ki, qonağımız buradan qonşu ölkəyə gedəcək. Bununla bağlı da müzakirələrimiz oldu”, - Simonyan qeyd edib.