Zurabişvili: “Saakaşvilinin əfvi mənim ixtiyarımdadır, vəziyyətini diqqətlə izləyirik”

Zurabişvili: “Saakaşvilinin əfvi mənim ixtiyarımdadır, vəziyyətini diqqətlə izləyirik”

“Biz həbsdə olan keçmiş dövlət başçısı Mixeil Saakaşvilinin səhhətinin vəziyyətini diqqətlə izləyirik”.

“Birxeber.Az” xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili müxalif “Pirveli TV” telekanalına müsahibəsində deyib.

"Səhiyyə üzrə müşavirim demək olar, hər gün Saakaşvilinin səhhəti ilə bağlı məlumat verir, məlumatları həmçinin başqa mənbələrdən də alıram. Hesab edirəm ki, Saakaşvilinin normal vəziyyətinin təmin edilməsi ölkənin reputasiyası məsələsidir", - Zurabişvili bildirib.

O, Saakaşviliyə qarşı heç bir alçaldıcı münasibəti qəbul etmədiyini vurğulayıb. Dövlət başçısının sözlərinə görə, bir neçə ölkədən həkimlər Saakaşvilini müayinə və müalicə etmək üçün Gürcüstana gəlməyə hazırdırlar.

"Ölkə Prezidenti kimi mənim üçün Saakaşvilinin xaricə müalicəyə aparılması zərurətindən danışmaq çətindir, çünki bu, əslində bizim həqiqətən dövlətimizin olmadığı, tibbi imkanların yoxluğu anlamına gələcək. Ona görə də yəqin ki, çıxış yolu yerində tapılmalıdır. Bu, hakimiyyətin əlindədir, onlar anlamalıdırlar ki, hər kəs ölkənin reputasiyasını qorumalıdır”, - dövlət başçısı əlavə edib.

Saakaşvilinin Prezidentin fərmanı ilə mümkün əfv olunması ilə bağlı sualı cavablandıran Zurabişvili vurğulayıb ki, bu, onun ixtiyarındadır və heç bir təzyiqə, o cümlədən xaricdən heç bir təzyiqə dözməyəcək.

"Prezidentin bu məsələ ilə bağlı qərarı sərbəst olmalıdır. Yeri gəlmişkən, məndən əfv istəməyən Saakaşvilinin mövqeyinə hörmətlə yanaşıram", - Zurabişvili fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, eks-prezident Gürcüstana 2021-ci il sentyabrın 29-da gizli şəkildə gedib. O, oktyabrın 1-də Tbilisidə saxlanılıb, bundan sonra Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib və orada aclıq aksiyası elan edib.

Region Region
BMT-nin Baş katibi Türkiyəyə səfər edəcək

BMT-nin Baş katibi Türkiyəyə səfər edəcək

Region Region
Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb, 2 hərbçi həlak olub

Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb, 2 hərbçi həlak olub

Region Region
Gürcüstan Rusiya ilə birbaşa hava reyslərini bərpa edib, Aİ qərardan təəssüflənib

Gürcüstan Rusiya ilə birbaşa hava reyslərini bərpa edib, Aİ qərardan təəssüflənib

Region Region
İstanbulda terrorçulara qarşı əməliyyat keçirilib, 10 şübhəli saxlanılıb

İstanbulda terrorçulara qarşı əməliyyat keçirilib, 10 şübhəli saxlanılıb

Region Region
“Bayraktar Kızılelma” döyüş təyyarəsi və “Bayraktar Akıncı” PUA-sı paralel uçuş həyata keçirib

“Bayraktar Kızılelma” döyüş təyyarəsi və “Bayraktar Akıncı” PUA-sı paralel uçuş həyata keçirib

Region Region
Rusiya bir sıra beynəlxalq konvensiyalardan çıxır

Rusiya bir sıra beynəlxalq konvensiyalardan çıxır

Region Region
Türkiyədə 2023-cü ilin fevralından bəri 33 mindən çox zəlzələ qeydə alınıb

Türkiyədə 2023-cü ilin fevralından bəri 33 mindən çox zəlzələ qeydə alınıb

Region Region
Ərdoğana Türk Dünyasının Ali Ordeni təqdim edilib

Ərdoğana Türk Dünyasının Ali Ordeni təqdim edilib

Region Region
Lavrov: "Rusiya Ukrayna üzrə danışıqlara hazırdır"

Lavrov: "Rusiya Ukrayna üzrə danışıqlara hazırdır"

Region Region
Kreml: "Taxıl müqaviləsinin müddətinin uzadılması çətin baş tutsun"

Kreml: "Taxıl müqaviləsinin müddətinin uzadılması çətin baş tutsun"

Region Region
Çavuşoğlu: "İsveç və Finlandiyanın şərtləri yerinə yetirdiyinə inanmırıq"

Çavuşoğlu: "İsveç və Finlandiyanın şərtləri yerinə yetirdiyinə inanmırıq"

Region Region
Ərdoğanın sözçüsü: “Zəlzələ bölgəsində 218 406 nəfərlik heyət fəaliyyət göstərir”

Ərdoğanın sözçüsü: “Zəlzələ bölgəsində 218 406 nəfərlik heyət fəaliyyət göstərir”