Gürcüstanda koronavirusa 575 yeni yoluxma qeydə alınıb
Gürcüstanda son həftə ərzində koronavirusa 575 yeni yoluxma faktı təsdiqlənib.
“Birxeber”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Mayın 23-dən 29-dək olan müddətdə daha 614 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər isə vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 1 657 729 nəfərdə aşkarlanıb. Onların 1 640 288-i sağalıb, 16 828-i ölüb.