Alen Simonyan: "Regionda baş verən geosiyasi dəyişikliklər yeni Konstitusiyanı zəruri edib"

Alen Simonyan: "Regionda baş verən geosiyasi dəyişikliklər yeni Konstitusiyanı zəruri edib"

Ermənistan parlamentinin spikeri Alen Simonyan yeni Konstitusiyaya ehtiyacı regionda baş verən geosiyasi dəyişikliklərin nəticəsi adlandırıb.

“Report” “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu o, İrəvanda çexiyalı həmkarı Marketa Pekarova Adamova ilə birgə mətbuat konfransında deyib.

O, hakimiyyətin Azərbaycanın təzyiqi ilə ölkənin əsas qanununu dəyişmək istəməsinə dair iddiaları təkzib edib: “Biz başa düşməliyik ki, ölkəmiz hansı məqsədləri güdür, Ermənistan Respublikası bunun üçün mövcuddur”.

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 19-da keçirilən hökumətin iclasında bildirib ki, ölkəyə yeni geosiyasi və regional şəraitdə ölkəni daha rəqabətli və həyat qabiliyyətli edəcək fundamental qanun lazımdır.