Naxçıvanda mənşə sertifikatı verilməsi 24 % artıb

Naxçıvanda mənşə sertifikatı verilməsi 24 % artıb

2023-cü ildə İqtisadiyyat Nazirliyinə məxsus “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 296 mənşə sertifikatı verib.

Bu barədə "Birxeber.Az"un yerli bürosuna Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə 24,4 % çoxdur.