Baş prokuror Yunanıstanda işgüzar səfərdə olub

Baş prokuror Yunanıstanda işgüzar səfərdə olub

Azərbaycanın Baş prokuroru, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 22-24 mart tarixlərində BPA-nın İcraiyyə Komitəsinin 55-ci iclasında iştirak məqsədilə Afinaya işgüzar səfərə gedib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səfərin ilk günü nümayəndə heyəti ölkəmizin Afinadakı Səfirliyinə gələrək bu il 100 illik yubileyini qeyd etdiyimiz xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub. Daha sonra Baş prokuror Azərbaycanın Afinadakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov və diplomatik nümayəndəliyimizin əməkdaşları ilə görüşüb, fəaliyyətlərində uğurlar arzulayıb.

BPA-nın İcraiyyə Komitəsinin iclasında çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin prokurorluq orqanlarında davam etdirilən islahatlar, habelə Azərbaycan prokurorluğunun BPA-nın işinə verdiyi töhfə haqda məlumat verib.

İclasda bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilatın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi, yeni üzvlərin qəbul edilməsi, hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər məsələlərə baxılıb. Cari ilin may ayında İstanbulda keçiriləcək 1-ci Pan Avropa konfransı, sentyabr ayında Londonda, 2024-cü ilin sentyabrında isə ölkəmizdə keçiriləcək Assosiasiyanın illik konfransı və ümumi yığıncağı ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev və Argentinanın Buenos-Ayres muxtar şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru, BPA-nın Prezidenti Xuan Batista Mahikes arasında ikitərəfli görüş keçirilib, prokurorluqlarımız arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Həmçinin, nümayəndə heyətinin üzvləri tədbirdə fəal iştirak edərək ABŞ, Kanada, Çin, Birləşmiş Krallıq, Yunanıstan, Macarıstan, Gürcüstan, Cənubi Koreya, BƏƏ və sair ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, hüquqi əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Daxili siyasət Daxili siyasət
“Uşaqlar bizim gələcəyimizdir” adlı bayram şənliyi təşkil olunub

“Uşaqlar bizim gələcəyimizdir” adlı bayram şənliyi təşkil olunub

Daxili siyasət Daxili siyasət
Respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir - SORĞU

Respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir - SORĞU

Daxili siyasət Daxili siyasət
DYP bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçib

DYP bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Daxili siyasət Daxili siyasət
“Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunları açıqlanıb

“Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunları açıqlanıb

Daxili siyasət Daxili siyasət
Biləsuvarın qazlaşdırılmayan kəndində təbii qaz xətlərinin çəkilişinə başlanılıb

Biləsuvarın qazlaşdırılmayan kəndində təbii qaz xətlərinin çəkilişinə başlanılıb

Daxili siyasət Daxili siyasət
Baş Prokurorluq tərəfindən növbəti regional konfrans Sabirabadda keçirilir

Baş Prokurorluq tərəfindən növbəti regional konfrans Sabirabadda keçirilir

Daxili siyasət Daxili siyasət
Mehriban Əliyeva Heydər Əliyevin 100 illiyi ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Heydər Əliyevin 100 illiyi ilə bağlı paylaşım edib

Daxili siyasət Daxili siyasət
Azərbaycanda son sutkada 22 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Azərbaycanda son sutkada 22 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Daxili siyasət Daxili siyasət
İndiyədək Bakıdan Türkiyəyə 88 TIR yardım göndərilib

İndiyədək Bakıdan Türkiyəyə 88 TIR yardım göndərilib

Daxili siyasət Daxili siyasət
Bayram Beqay: “İnanıram ki, bu gün Heydər Əliyev irsinin qorunması uğrunda səylər davam edəcək”

Bayram Beqay: “İnanıram ki, bu gün Heydər Əliyev irsinin qorunması uğrunda səylər davam edəcək”

Daxili siyasət Daxili siyasət
Ceyhun Bayramov Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Ceyhun Bayramov Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Daxili siyasət Daxili siyasət
Azərbaycanda 2023-2025-ci illər üçün Baş Kollektiv Saziş layihəsi hazırlanıb

Azərbaycanda 2023-2025-ci illər üçün Baş Kollektiv Saziş layihəsi hazırlanıb