Qərbi Azərbaycan İcması: “Paşinyan azərbaycanlıların geri qayıtma hüququna xələl yetirir”

Qərbi Azərbaycan İcması: “Paşinyan azərbaycanlıların geri qayıtma hüququna xələl yetirir”

“Ermənistanın Baş naziri Nikol Paşinyan 23 mart 2023-cü il tarixində bəyanat verərək, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtma hüququna xələl yetirməyə çalışmışdır”.

“Birxeber.Az” xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

“Ermənistanın hökumət başçısı Qərbi Azərbaycan mövzusunu ərazi məsələsi kimi təqdim etməyə çalışmışdır. Azərbaycanlıların indiki Ermənistandan qovulana qədər orada kompakt yaşamış olması faktını qeyd etməklə bərabər vurğulamaq istərdik ki, Qərbi Azərbaycan mövzusu insan hüquqları məsələsidir və bu məsələ Ermənistan hökumətinin etnik təmizləmə siyasəti və bu siyasətin nəticələrini aradan qaldırmaqdan imtina etməsi nəticəsində gündəliyə gəlib.

Bir daha vurğulayırıq ki, biz Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq bizim mütləq və əzəli hüququmuzdur.

Ermənistanın Baş naziri başqa ölkələrdə etnik azlıqların vəziyyəti ilə bağlı iftira atmaq əvəzinə, Ermənistandan qovulmuş azərbaycanlı sakinlərin geri qayıtmasına qeyd-şərtsiz şərait yaratmalı, orada azərbaycanlıların yaşamış olduğu məntəqələrdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasətinə və Azərbaycan mədəni irsin dağıdılmasına son verməlidir.

Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində həll edilməlidir. Ermənistandan qovulmuş azərbaycanlılar öz evlərinə qayıtması və onların orada fərdi və kollektiv hüquqları təmin edilməsi regionda davamlı sülhün zəruri şərtidir”, - bəyanatda qeyd olunub.

Xarici siyasət Xarici siyasət
FHN-in kapitanı: "Türkiyədəki hospitalda zəlzələdən zərərçəkmiş 5 nəfəri qəbul etmişik"

FHN-in kapitanı: "Türkiyədəki hospitalda zəlzələdən zərərçəkmiş 5 nəfəri qəbul etmişik"

Xarici siyasət Xarici siyasət
Prezident: "Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir"

Prezident: "Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir"

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirib

Prezident İlham Əliyev Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirib

Xarici siyasət Xarici siyasət
Azərbaycan xilasedicilərinin bir qrupu Kahramanmaraşdan Vətənə yola salınıb - YENİLƏNİB

Azərbaycan xilasedicilərinin bir qrupu Kahramanmaraşdan Vətənə yola salınıb - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Türkiyə səfiri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı  paylaşım edib

Türkiyə səfiri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı paylaşım edib

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev: "Azərbaycan-Kuba əməkdaşlığının inkişafı üçün böyük perspektivlər var"

Prezident İlham Əliyev: "Azərbaycan-Kuba əməkdaşlığının inkişafı üçün böyük perspektivlər var"

Xarici siyasət Xarici siyasət
İlham Əliyev Azərbaycan və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olduğunu deyib

İlham Əliyev Azərbaycan və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olduğunu deyib

Xarici siyasət Xarici siyasət
Dövlət başçısı: "Azərbaycan və Misir əməkdaşlığı dərinləşdirilməli və genişləndirilməlidir"

Dövlət başçısı: "Azərbaycan və Misir əməkdaşlığı dərinləşdirilməli və genişləndirilməlidir"

Xarici siyasət Xarici siyasət
Zoran Milanoviç İlham Əliyevi təbrik edib

Zoran Milanoviç İlham Əliyevi təbrik edib

Xarici siyasət Xarici siyasət
İlham Əliyev-Neçirvan Bərzani görüşü - Azərbaycan regional əməkdaşlıq arealını genişləndirir

İlham Əliyev-Neçirvan Bərzani görüşü - Azərbaycan regional əməkdaşlıq arealını genişləndirir

Xarici siyasət Xarici siyasət
İlham Əliyev: “Azərbaycan sülh gündəliyini dəstəkləyir”

İlham Əliyev: “Azərbaycan sülh gündəliyini dəstəkləyir”

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Filippin XİN-ləri arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Filippin XİN-ləri arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirilib