Utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlər ödəniləcək

Utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlər ödəniləcək

Utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlər ödəniləcək.

Birxeber.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaiti aşağıdakı istiqamətlər üzrə istifadə edilir:

- yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə satın alınan zaman tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsi;

- operatorun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyalarının icrasının təşkili və təmin edilməsi üçün vəsaitin ödənilməsi.

Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi

Utilizasiyaya verilən nəqliyyat vasitəsinə görə tətbiq edilən güzəştin məbləği aşağıdakı kimi müəyyən edilir:

Sıra

№-sı

Nəqliyyat vasitələri

Təsnifat

Güzəşt məbləği

(manatla)

1.1.

Kvadrisikl təkərləri dörddən az olanlar

L

200

1.2.

Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olmayan və sərnişindaşımada istifadə olunanlar

M1, M1G

1500

1.3.

İcazə verilən maksimum kütləsi 3,5 tonu aşmayan və yükdaşımada istifadə olunanlar

N1, N1G

1500

1.4.

Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, lakin icazə verilən maksimum kütləsi 5 tonu aşmayan və sərnişindaşımada istifadə

olunanlar

M2, M2G

2000

1.5.

İcazə verilən maksimum kütləsi 3,5 tondan

yuxarı, lakin 12 tondan aşağı olan və yükdaşımada istifadə olunanlar

N2, N2G

2000

1.6.

Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, icazə

verilən maksimum kütləsi 5 tonu aşan və sərnişindaşımada istifadə olunanlar

M3, M3G

3000

1.7.

İcazə verilən maksimum kütləsi 12 tonu aşan yükdaşımada istifadə olunanlar

N3, N3G

3000

1.8.

Təkərli və tırtıllı traktorlar

T, TK, TT

2000

1.9.

Mexaniki və ya hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər

H, HT

3000

1.10.

Meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar

HK

3000


Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün birdəfəlik ödənişin məbləği güzəşt məbləğinin 70 (yetmiş) faizi həcmində müəyyən edilir.