Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyunda "Sabah" və "Xırdalan" komandaları üz-üzə gəlib.

"Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma birincilərin 101:85 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər arasında ikinci görüş mayın 10-da reallaşacaq. İki matçın yekununda bərabərlik olarsa, üçüncü duel mayın 13-də oynanılacaq.

Qeyd edək ki, mayın 8-də bu raundun digər cütü - "NTD-İndiqo" və "Xəzri" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.