“Bakı Telefon Rabitəsi”: Sahil qəsəbəsindəki yanğın bizim ərazidə baş verməyib

“Bakı Telefon Rabitəsi”: Sahil qəsəbəsindəki yanğın bizim ərazidə baş verməyib

Qaradağ rayonu Sahil qəsəbəsindəki yanğın “Bakı Telefon Rabitəsi” MMC-nin xidməti ərazisində baş verməyib.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq “Bakı Telefon Rabitəsi” MMC-dən bildirilir.

“Bu səbəbdən yanğında “Bakı Telefon Rabitəsi” MMC-nin infrastrukturuna zərər dəyməyib və ya hansısa əməkdaşı xəsarət almayıb”, - MMC-dən bildirilib.

Qeyd edək ki, bu gün bəzi medialarda Sahil qəsəbəsində yerləşən “Bakı Telefon Rabitəsi” MMC-nin xidməti ərazisində yanğın baş verməsilə bağlı xəbərlər yayılıb.