Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib

Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib

Polşa indi avronu iqtisadiyyata daxil etməyə hazır deyil.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın maliyyə naziri Ancey Domanski deyib.

“Realist olmalısınız. Faktlar, fikrimcə, birmənalıdır - Polşa iqtisadiyyatı hazırda avronu qəbul etməyə hazır deyil”, - nazir bildirib.

Qeyd edək ki, 2004-cü ildə Avropa İttifaqına üzv olan 10 ölkədən yalnız 3-ü hələ də avroya keçməyib - Polşa, Macarıstan və Çexiya.