Avtomobillərin hər dövlət texniki baxışı zamanı utilizasiya haqqının məbləği məlum olub

Avtomobillərin hər dövlət texniki baxışı zamanı utilizasiya haqqının məbləği məlum olub

Hər dövlət texniki baxışı zamanı nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği müəyyənləşib.

Birxeber.Az-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləğinin, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləğinin və birdəfəlik ödənişin həcminin təsdiq edilməsi haqqında” qərarda əksini tapıb.

Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, yaxud konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, tramvaylar və trolleybuslar, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələri hər dəfə dövlət texniki baxışından keçən zaman istehsal- buraxılış ili 4 ildən 10 ilədək olduqda 10 manat, 10 ildən 20 ilədək olduqda 20 manat, 20 ildən 30 ilədək olduqda 30 manat, 30 il və daha çox olduqda 40 manat utilizasiya haqqı ödəniləcək.