Azərbaycanda şüşə ixracına subsidiya verilməsi təklif olunur

Azərbaycanda şüşə ixracına subsidiya verilməsi təklif olunur

Azərbaycanda şüşə ixracı zamanı tətbiq olunan gömrük bəyannaməsi ixracatçılara böyük əngəl yaradır.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenri “Azerfloat” QSC-nin baş direktoru Emil Həsənov bildirib.

"Bugünkü qiymətlərlə dövriyyənin 4-4,5 %-i bəyannaməyə xərclənir. Yaxşı olardı ki, şüşə ixracına subsidiya verilsin. Özbəkistanda dövlət şüşə ixracının xərcinin bir hissəsini öz üzərinə götürüb", - deyə o qeyd edib.