Azərbaycan güləşçisi: Hər birimiz İstanbuldakı turnirə lisenziya qazanmaq üçün gedirik

Azərbaycan güləşçisi: Hər birimiz İstanbuldakı turnirə lisenziya qazanmaq üçün gedirik

Hər birimiz İstanbuldakı turnirə lisenziya qazanmaq üçün gedirik.

Bunu "Birxeber.Az"a açıqlamasında Azərbaycanın yunan-roma güləşçisi Rafiq Hüseynov deyib.

Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turnirində iştirak edəcək Azərbaycan millisi barədə danışan idmançı yarışa ciddi hazırlaşdıqlarını bildirib: "Təlim-məşq toplanışlarında verilən tapşırıqları yerinə yetirdik. Hazırlıqlarımız yüksək səviyyədə keçdi. Bakıdakı təsnifat turniri ilə müqayisədə İstanbulda 3 çəki dərəcəsində fərqli güləşçilərimiz mübarizə aparacaqlar. Tək Murad Əhmədiyev (97 kq) ötən yarışda olduğu kimi Azərbaycanı təmsil edəcək. Digər çəkilərdə iştirak edəcək idmançılar dəyişib. Buna görə nəticələrin necə olacağını indidən demək çətindir. Əlimzdən gələn hər şeyi edəcəyik".

Qeyd edək ki, Azərbaycanı mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək.

Yunan-Roma güləşində Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) ölkəmizə olimpiya lisenziyası qazandırmağa çalışacaqlar.

Qadın güləşçilərin yarışında isə Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) mübarizə aparacaqlar.