Rusiyalı nazir: "Son bir il ərzində ölkəmizdə 60-dan çox azərbaycanlı mütəxəssis hazırlıq keçib"

Rusiyalı nazir: "Son bir il ərzində ölkəmizdə 60-dan çox azərbaycanlı mütəxəssis hazırlıq keçib"

Rusiya fövqəladə halların aradan qaldırılması sahəsində Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir.

“Report” xəbər verir ki, bunu Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Aleksandr Kurenkov deyib.

“Bizim tərəfdaşlığımız mehriban qonşuluq və qarşılıqlı etimad prinsiplərinə əsaslanır. Son bir il ərzində əməkdaşlığımız çərçivəsində Rusiya FHN-nin bazasında 60-dan çox azərbaycanlı mütəxəssis hazırlıq keçib”, - o, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşdə bildirib.

A.Kurenkovun sözlərinə görə, ekspertlər 2024-cü ildən 2026-cı ilədək Əməkdaşlıq üzrə Birgə plan hazırlayıb: “2021-ci ildə Rusiya FHN-nin təlimatçıları azərbaycanlı istehkamçıların hazırlanması üçün təlim kursları keçirib. Oxşar kursları yenidən təşkil etməyə hazırıq”.

Müasir çağırışları nəzərə alan Rusiya FHN rəhbəri nəqliyyat infrastrukturu sahəsində də əməkdaşlıq təklif edib.