Çin "Taliban"ın tanınması istiqamətində ilk addım atıb, səfirin etimadnaməsi qəbul edilib

Çin "Taliban"ın tanınması istiqamətində ilk addım atıb, səfirin etimadnaməsi qəbul edilib

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Szinpin Əfqanıstandakı “Taliban” hökumətinin bu ölkə üzrə təyin etdiyi səfir Bilal Kəriminin etimadnaməsinin qəbul edib.

“Report” xəbər verir ki, məlumatı “Nexta” kanalı yayıb.

Bildirilib ki, bu, Çinin “Taliban” hökumətini tanıması deməkdir.

Xatırladaq ki, rəsmi Pekin hakimiyyət dəyişikliyindən sonra Əfqanıstandakı səfirini əvəzləyən ilk dövlətdir.

Məlumata görə, 2023-cü ilin sentyabrında “Taliban” hökumətinin başçısı Çin səfirinin etimadnaməsini qəbul etmişdi. Onda rəsmi Pekinin bu hökuməti tanımasına işarə olub-olmadığı aydınlaşmamışdı. Ancaq Əfqanıstandakı hökumətin səfirinin birinci şəxs səviyyəsində qəbulu Çinin “Taliban” hökumətinin tanımasıdır.