Kəlbəcər istiqamətində ermənilər mövqelərimizi atəşə tutdu
Mayın 30-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Zoğallı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Birxeber xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Birxeber