İRİA sədri: Qızlar arasında İKT-yə maraq artıb

İRİA sədri: Qızlar arasında İKT-yə maraq artıb

Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində qadınların payı artır.

APA-Economics”in xəbərinə görə, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının təxminən 30 faizini qızlar təşkil edir.

Qeyd edək ki, bunadək Azərbaycan Kibertəhlekəsizlik mərkəzinin 120 məzunu olub. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ən gənc tələbəsinin 17, ən yaşlı tələbəsinin isə 43 yaşı var.