Deputat: Qazaxın 4 kəndinin qaytarılmasına dirəniş missiyasını indi də Qriqoryan kilsəsinə tapşırıblar

Deputat: Qazaxın 4 kəndinin qaytarılmasına dirəniş missiyasını indi də Qriqoryan kilsəsinə tapşırıblar

“Neçə gündür, Qazaxın 4 kəndinin qaytarılmasına görə Ermənistanda dirəniş göstərilir”.

Birxeber.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.

Deputat bildirib ki, indi də bu missiyanı Qriqoryan kilsəsinə tapşırıblar: “İndiki qlobal konyuktura həm də dini ayrı-seçkilik kimi formalaşdırılır”.

Deputat ABŞ-ın Azərbaycandakı səfirinin Şuşaya səfərinə də münasibət bildirib: “Azərbaycanın bu regionda oynadığı roldan da, Əfqanıstanda və bir çox başqa yerlərdə verdiyimiz dəstəkdən də Pentaqonda xəbərdardır. Qarabağı Kosovoya çevirməyin mümkün olmadığını onlar da bilirlər”.