KİV: Partiyası konstitusiya dəyişikliyi təklifi ilə bağlı Paşinyana etiraz edir

KİV: Partiyası konstitusiya dəyişikliyi təklifi ilə bağlı Paşinyana etiraz edir

“Vətəndaş müqaviləsi” partiyasında konstitusiyanı dəyişməklə bağlı bu anti-erməni planına qarşı çıxan bir qrup var və onun qarşısını almaq üçün ehtiyatla mübarizə aparmağa çalışacaqlar. İctimai etirazların güclənəcəyi təqdirdə, bu qrup da açıq şəkildə mübarizə aparacaq”.

Birxeber.Az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.

Qeyd olunub ki, Baş nazir Nikol Paşinyan nəinki Ermənistan konstitusiyasını dəyişmək istəyir, o, ölkənin Müstəqillik Bəyannaməsinə istinadı aradan qaldırmaq, həm də özünün xəyali dördüncü respublikasının konstitusiyasını sıfırdan yazmaq qərarına gəlib.

Qeyd edək ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının sədri, Baş nazir Nikol Paşinyan ölkə konstitusiyasına dəyişiklik etmək barədə təkliflə çıxış edib.