Talış kəndində bayram konserti keçirilib - FOTOREPORTAJ - YENİLƏNİB

Talış kəndində bayram konserti keçirilib - FOTOREPORTAJ - YENİLƏNİB

Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində Novruz bayramı münasibətilə konsert keçirilib.

“Birxeber.Az”un Qarabağ bürosunun xəbərinə görə, şənlikdə ölkənin tanınmış incəsənət nümayəndələri çıxış edib.

Kəndin Klub İcma Mərkəzinin qarşısında yaradılan səhnəyə ilk olaraq Azərbaycan Dövlət Kukla Teatrının truppası çıxıb və M.F. Axundzadənin məşhur “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası əsasında hazırlanan eyniadlı marionet tamaşasını oynayıb.  

Ardınca teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının uşaq qrupunun ifasında yetirmələr “Can Qarabağ” adlı konsert təqdim ediblər. Novruz şənliyində Azərbaycan mətbəxindən nümunələr sərgilənib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Talış sakinlərini Bahar bayramı münasibətilə təbrik edib.

Daha sonra Əməkdar artist Aybəniz Haşımova və Sənət Akademiyası tələbələrinin ifasında “Qarabağa gəlirik” və “Vətəndən pay olmayır” mahnılarının ifası bayram konsertində xüsusi canlanma yaradıb.

Konsert boyunca Səid Rüstəmov adına Xalq Çalğı alətləri Orkestrinin çıxışı, həmçinin Milli Səs yarışmasının iştirakçısı Asim Abbasovun, gənc xanəndə Yusif Cəfərbəylinin çıxışı (muğam triosu) konsertdə iştirak edən sakinlər tərəfindən alqışlarla qarşılanıb.

Sonra meydanda bayram tonqalı qalanıb, yallı sədası altında iştirakçılar rəqs ediblər.

13:01

Tərtər rayonunun Talış kəndində Novruz bayramı münasibətilə geniş konsert proqramı təşkil edilib.

"Birxeber.Az"un Qarabağ bürosunun verdiyi xəbərə görə, konsert proqramı cəngi sədaları ilə açılıb.

Aşıq havalarının özünəməxsus ifaları maraqla qarşılanıb. Kəndirbazların çıxışları, pəhləvanların göstərdikləri nömrələr konsertə xüsusi rəng qatıb. Qarabağ atlarının tədbirdəki keçidi alqışlarla qarşılanıb.

Konsert proqramının davamında ölkənin tanımış incəsənət nümayəndələrinin çıxışları gözlənilir.

Talış kəndinə uzun illərdən sonra hazırlanan bayram konserti axşam saatlarına qədər davam edəcək.

İncəsənət İncəsənət
Stiven Spilberq ən yaxşı rejissor nominasiyasında "Qızıl Qlobus"a layiq görülüb

Stiven Spilberq ən yaxşı rejissor nominasiyasında "Qızıl Qlobus"a layiq görülüb

İncəsənət İncəsənət
Pantomima Teatrının direktoru: "Dolana bilmirəm deyən aktyoru başa düşmürəm" - MÜSAHİBƏ

Pantomima Teatrının direktoru: "Dolana bilmirəm deyən aktyoru başa düşmürəm" - MÜSAHİBƏ

İncəsənət İncəsənət
Biləsuvarda II "Hindquşu festivalı" keçirilib

Biləsuvarda II "Hindquşu festivalı" keçirilib

İncəsənət İncəsənət
Bakıda Türk Filmləri Həftəsinin açılışı keçirilib

Bakıda Türk Filmləri Həftəsinin açılışı keçirilib

İncəsənət İncəsənət
Xalq artisti Vaqif Əsədov vəfat edib

Xalq artisti Vaqif Əsədov vəfat edib

İncəsənət İncəsənət
Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

İncəsənət İncəsənət
Ayaz Salayev son illərdə çəkilən filmləri tənqid edib: "Bu gün Azərbaycan ziyalısı çoxdur, amma ekranda yoxdur"

Ayaz Salayev son illərdə çəkilən filmləri tənqid edib: "Bu gün Azərbaycan ziyalısı çoxdur, amma ekranda yoxdur"

İncəsənət İncəsənət
Gənc Tamaşaçılar Teatrı “İnanıram” monotamaşasını hazırlayır

Gənc Tamaşaçılar Teatrı “İnanıram” monotamaşasını hazırlayır

İncəsənət İncəsənət
Aktyor Xudu Mürsəlov vəfat edib

Aktyor Xudu Mürsəlov vəfat edib

İncəsənət İncəsənət
Bakıda XII Avropa Film Festivalı başlayıb

Bakıda XII Avropa Film Festivalı başlayıb

İncəsənət İncəsənət
Bakıda Çin incəsənəti sərgisi açılıb

Bakıda Çin incəsənəti sərgisi açılıb

İncəsənət İncəsənət
Gəncədə Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib

Gəncədə Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib