Naxçıvanda gənc əsgərlər xidmət yerlərinə yola salınıblar

Naxçıvanda gənc əsgərlər xidmət yerlərinə yola salınıblar

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlərin döyüş təyinatlı birləşmə və hissələrə yola salınmaları münasibətilə mərasim keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən “Birxeber.Az”un yerli bürosuna verilən məlumata görə, mərasimdə əvvəlcə şəhidlərin əziz xatirəsi yad edilib və Dövlət himni səsləndirilib.

Çıxış edən zabit, əsgər və valideynlər Vətənə xidmət etmək hər bir gəncin müqəddəs borcu olduğunu bildirib, keçirilən məşğələlərdə peşəkarlaşan gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.

General-mayor Məhəmməd Həsənov Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin Novruz bayramı və buraxılış mərasimi münasibətilə təbrikini şəxsi heyətə çatdırıb, gənc əsgər hazırlığı kursunun əhəmiyyətindən və hərbi hissədə xidmətin nümunəvi təşkili üçün yaradılan şəraitdən danışıb.

Bildirilib ki, Əlahiddə Ümumqoşun Orduda gənc əsgər hazırlığına xüsusi diqqət yetirilir. Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq keçirilən məşğələlərdə nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, eləcə də sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri öyrədilir. Həmçinin hərbi xidmət dövründə gənclər milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda gələcəyin nümunəvi vətəndaşları kimi formalaşır, dözümlülük, möhkəmlik, müxtəlif şəraitlərə uyğunlaşmaq kimi üstün keyfiyyətlər qazanırlar. İnanırıq ki, ixtisas hazırlığı kurslarını başa vuran əsgərlərimiz məşğələlərdə qazandıqları bilik və bacarıqları növbəti xidmət yerlərində uğurla tətbiq edərək komandirlərinə və valideynlərinə hər zaman başucalığı gətirəcəklər.

Mərasimdə ixtisas hazırlığı kursunu başa vurmuş əsgərlər fiziki hazırlıq üzrə silahlı və silahsız çalışmalar kompleksini, müxtəlif atıcı silahların gözübağlı vəziyyətdə natamam sökülüb yığılmasını, minaatan qurğuların döyüşə və səfər vəziyyətinə gətirilməsini, mina sahəsinin qurulmasını və keçidlərin açılmasını, rabitə vasitələri ilə fəaliyyət göstərilməsini, kəşfiyyat hazırlığından müxtəlif elementləri praktiki yerinə yetiriblər.

Bölmələrin tribuna önündən təntənəli keçid ilə mərasim başa çatıb.

HƏRBİ HƏRBİ
Azərbaycanla Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

HƏRBİ HƏRBİ
İlham Əliyev Azərbaycan-Türkiyə hərbi təliminin iştirakçılarını təbrik edib

İlham Əliyev Azərbaycan-Türkiyə hərbi təliminin iştirakçılarını təbrik edib

HƏRBİ HƏRBİ
Müdafiə Nazirliyinin tibb ehtiyatından Türkiyəyə yardım göndərilib

Müdafiə Nazirliyinin tibb ehtiyatından Türkiyəyə yardım göndərilib

HƏRBİ HƏRBİ
Ermənistan SQ-nin texnikası və minaatan heyətinin məhv edilməsinin görüntüləri yayılıb

Ermənistan SQ-nin texnikası və minaatan heyətinin məhv edilməsinin görüntüləri yayılıb

HƏRBİ HƏRBİ
Müdafiə Nazirliyində “Media savadlılığı” mövzusunda tədbir keçirilib

Müdafiə Nazirliyində “Media savadlılığı” mövzusunda tədbir keçirilib

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrinə həyəcan siqnalı verilib

Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrinə həyəcan siqnalı verilib

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrində məşğələlər keçirilir

Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrində məşğələlər keçirilir

HƏRBİ HƏRBİ
Zakir Həsənov Gürcüstanın Baş naziri ilə regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib

Zakir Həsənov Gürcüstanın Baş naziri ilə regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib

HƏRBİ HƏRBİ
İdarə rəhbəri: "Türkiyə "Hürkuş" təyyarələri ilə bağlı Azərbaycanla müzakirələr aparır"

İdarə rəhbəri: "Türkiyə "Hürkuş" təyyarələri ilə bağlı Azərbaycanla müzakirələr aparır"

HƏRBİ HƏRBİ
Komissiya sədri: “Vətən müharibəsində itkin düşmüş 6 hərbi qulluqçumuzun axtarışı prosesi aktiv şəkildə davam etdirilir”

Komissiya sədri: “Vətən müharibəsində itkin düşmüş 6 hərbi qulluqçumuzun axtarışı prosesi aktiv şəkildə davam etdirilir”

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

HƏRBİ HƏRBİ
Azərbaycan hərbçiləri Britaniya Müdafiə Nazirliyinin kursunu uğurla başa vurub

Azərbaycan hərbçiləri Britaniya Müdafiə Nazirliyinin kursunu uğurla başa vurub