XİN: "Ermənistan Aİ missiyasından bölgədə gərginliyi artırmaq və hərbi təxribatları ört-basdır etmək məqsədilə sui-istifadə edir"

XİN: "Ermənistan Aİ missiyasından bölgədə gərginliyi artırmaq və hərbi təxribatları ört-basdır etmək məqsədilə sui-istifadə edir"

"Ermənistan tərəfi Avropa İttifaqının mülki monitorinq missiyasının ərazisində yerləşməsindən bölgədə gərginliyi artırmaq və hərbi təxribatlarını ört-basdır etmək məqsədilə sui-istifadəyə son qoymalıdır".

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş məlumata əsasən, 20 mart tarixində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutması nəticəsində 1 nəfər hərbi qulluqçumuz yaralanıb:

"Ermənistan tərəfinin bu növbəti hərbi təxribatını qətiyyətlə pisləyir və Ermənistan tərəfindən son zamanlar daha da artan təcavüzkar ritorikasından əl çəkməyi və bölgədə gərginliyi artıran bu kimi addımlara son qoymağı tələb edirik.

Ermənistan tərəfi Avropa İttifaqının mülki monitorinq missiyasının ərazisində yerləşməsindən bölgədə gərginliyi artırmaq və hərbi təxribatlarını ört-basdır etmək məqsədilə sui-istifadəyə son qoymalıdır.

Ermənistanda sözügedən missiyanın mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsi zəruridir.

Bölgədə Azərbaycanın apardığı sülh quruculuğu tədbirlərinə qarşı təxribatlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür".

Daxili siyasət Daxili siyasət
Nazirlərin aprel ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI

Nazirlərin aprel ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI

Daxili siyasət Daxili siyasət
Dənizkənarı Milli Parkda Zəfər Günü ilə bağlı bayram konserti keçirilir

Dənizkənarı Milli Parkda Zəfər Günü ilə bağlı bayram konserti keçirilir

Daxili siyasət Daxili siyasət
Rauf Hacıyevin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Rauf Hacıyevin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Daxili siyasət Daxili siyasət
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verilib

Daxili siyasət Daxili siyasət
Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım edib

Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım edib

Daxili siyasət Daxili siyasət
Göygöldə Zəfər Günü qeyd olunub

Göygöldə Zəfər Günü qeyd olunub

Daxili siyasət Daxili siyasət
Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən növbəti avtobus Bakıya çatıb

Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən növbəti avtobus Bakıya çatıb

Daxili siyasət Daxili siyasət
Azərbaycan-Misir sənədləri imzalanıb

Azərbaycan-Misir sənədləri imzalanıb

Daxili siyasət Daxili siyasət
Birinci vitse-prezident Şəki Xan məscidindən paylaşım edib

Birinci vitse-prezident Şəki Xan məscidindən paylaşım edib

Daxili siyasət Daxili siyasət
Rusiyalı politoloq: “Müasir Azərbaycan Heydər Əliyevin xidmətidir”

Rusiyalı politoloq: “Müasir Azərbaycan Heydər Əliyevin xidmətidir”

Daxili siyasət Daxili siyasət
“QHT ziyarətləri” layihəsi çərçivəsində Gəncə və Şəmkirdə görüşlər keçirilib

“QHT ziyarətləri” layihəsi çərçivəsində Gəncə və Şəmkirdə görüşlər keçirilib

Daxili siyasət Daxili siyasət
Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiya ləğv edilib

Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiya ləğv edilib