Bakıda Novruz şənliyi və bahar havası - FOTOREPORTAJ

Bakıda Novruz şənliyi və bahar havası - FOTOREPORTAJ

Bakıda Azərbaycanın, o cümlədən bütün türk xalqlarının ən qədim və önəmli bayramlarından biri, baharın müjdəçisi sayılan Novruz bayramı müxtəlif tədbirlərlə qeyd olunur. Şəhərin mərkəzi hissəsində keçirilən bayram şənliklərinə insan axını var.

“Report”un xəbərinə görə, qədim ənənələrin yaşadıldığı, nümayiş etdirildiyi Novruz tədbirlərinin ilk ünvanı paytaxtın İçərişəhər ərazisidir.

Ötən gün İçərişəhərdə bayram tonqalının qalanması ilə "Bayram Qalası"na start verilib.

Tarixi Qoşa Qala qapılarından içəri girəndə bayram ovqatı hiss olunur.

Azərbaycanın müxtəlif bölgələrindən gələn milli geyimli sənətçilərin musiqi alətlərində ifa etdikləri mahnılar, nümayiş etdirdikləri rəqslər, Novruzun simvolları olan Kosa və Keçəlin oyunları, kəndirbazların ip üzərindəki hərəkətləri maraqla qarşılanır. Bayramda ən çox sevinənlər isə yenə də uşaqlardır.

İçərişəhər sakinləri, İçərişəhər Ağsaqqallar Şurasının üzvləri, yerli ziyarətçilər və xarici turistlərin iştirakı ilə qalanan tonqal ətrafında bayram ab-havası davam edir.

Qala içərisində keçirilən tədbirlərə konsert proqramı da daxildir.

Novruz şənlikləri Dənizkənarı Milli Park ərazisində də təntənəli şəkildə qeyd olunur. Novruz atributları ilə bəzədilən bulvar bura gələn şəhər sakinləri və qonaqların marağına səbəb olur.

Qeyd edək ki, “Bayram Qalası” günləri martın 26-na qədər müəyyən saatlarda uşaqlar üçün ustad dərsləri, mühazirələr və konsert proqramları ilə davam edəcək.

Bakıda keçirilən Novruz şənliyindən fotoreportajı təqdim edirik:

Foto: Firudin Səlimov

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Gəncədə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Gəncədə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Kinorejissor: “Azərbaycan tamaşaçıları yüksək keyfiyyətli filmlər çəkilməsini istəyirlər”

Kinorejissor: “Azərbaycan tamaşaçıları yüksək keyfiyyətli filmlər çəkilməsini istəyirlər”

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Anar Kərimov TÜRKSOY-un Baş katibi ilə görüşüb

Anar Kərimov TÜRKSOY-un Baş katibi ilə görüşüb

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Azərpaşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib

Azərpaşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Keçmiş nazir: "Fəaliyyətim dönəmindəki pozuntularla bağlı qanun çərçivəsində qiymət verilib"

Keçmiş nazir: "Fəaliyyətim dönəmindəki pozuntularla bağlı qanun çərçivəsində qiymət verilib"

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Heydər Əliyev Fondu Şəki Xan məscidi-qəbiristanlıq kompleksini bərpa edib - YENİLƏNİB

Heydər Əliyev Fondu Şəki Xan məscidi-qəbiristanlıq kompleksini bərpa edib - YENİLƏNİB

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Şəhid mayorun xatirəsinə həsr edilmiş kitabın təqdimatı olub 

Şəhid mayorun xatirəsinə həsr edilmiş kitabın təqdimatı olub 

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Riqada latış dilində Şuşa haqqında kitabın təqdimatı olub

Riqada latış dilində Şuşa haqqında kitabın təqdimatı olub

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Adil Kərimli: “Mayın 12-də Şuşada şəhərin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə tədbir keçiriləcək”

Adil Kərimli: “Mayın 12-də Şuşada şəhərin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə tədbir keçiriləcək”

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Göyçayın məşhur tarixi abidəsi: 135 yaşlı yeraltı hamam məhv olmaq üzrədir - REPORTAJ

Göyçayın məşhur tarixi abidəsi: 135 yaşlı yeraltı hamam məhv olmaq üzrədir - REPORTAJ

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Ulu Öndərin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib

Ulu Öndərin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Mehriban Əliyeva Ömər Eldarovun 95 illik yubileyi ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Ömər Eldarovun 95 illik yubileyi ilə bağlı paylaşım edib