Güləş üzrə Azərbaycan millisi Avropanın ən güclüsü olub

Güləş üzrə Azərbaycan millisi Avropanın ən güclüsü olub

Azərbaycan güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş U-23 Avropa çempionatında komanda hesabında birinci yeri tutublar.

"Birxeber.Az" xəbər verir ki, yığma yarışı ümumilikdə 6 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub. Ukrayna (5-5-5) ikinci, Fransa (3-2-2) isə üçüncü pillədə qərarlaşıb.

Yunan-Roma güləşi üzrə kollektiv yarışın ilk günlərində 4 medal qazanıb. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xasay Həsənli (77 kq) isə ikinci yeri tutub. Yığma medalların əyarına görə Avropanın ən güclü komandası olub.

Daha sonra estafeti qəbul edən qadın güləşçilərdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) isə bürünc medal əldə edib.

Avropa çempionatının son günlərində sərbəst güləşçilər mübarizəyə qoşulublar. Maqomed-Bəşir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olublar. Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb. Toplamda 140 toplayan yığma həm medalların əyarına, həm də xallara görə komanda hesabında 1-ci yeri tutub. Beləliklə, bu kollektiv ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.

Qeyd edək ki, Azərbaycan ötən il də ümumi sıralamada U-23 Avropa çempionatının qalibi olmuşdu.

Fərdi Fərdi
Dünya Kuboku: Azərbaycanın daha bir gimnastı finala yüksəlib

Dünya Kuboku: Azərbaycanın daha bir gimnastı finala yüksəlib

Fərdi Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal görüşünə çıxacaq

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal görüşünə çıxacaq

Fərdi Fərdi
Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Fərdi Fərdi
Azərbaycan komandası Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıb

Azərbaycan komandası Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıb

Fərdi Fərdi
Azərbaycan idmançısı məşhur video oyuna daxil edilib

Azərbaycan idmançısı məşhur video oyuna daxil edilib

Fərdi Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə qoşulacaq

Dünya çempionatı: Bu gün Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə qoşulacaq

Fərdi Fərdi
Qadın şahmatçılar arasında ölkə çempionatının ilk turu məhsuldar olub

Qadın şahmatçılar arasında ölkə çempionatının ilk turu məhsuldar olub

Fərdi Fərdi
“Bakı Marafonu 2023”ün qalibləri mükafatlandırılıb

“Bakı Marafonu 2023”ün qalibləri mükafatlandırılıb

Fərdi Fərdi
Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək

Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək

Fərdi Fərdi
Olimpiya çempionu: "Ulu öndər bütün idman növləri ilə xırdalıqlarına qədər maraqlanırdı"

Olimpiya çempionu: "Ulu öndər bütün idman növləri ilə xırdalıqlarına qədər maraqlanırdı"

Fərdi Fərdi
Avropa Badminton Konfederasiyasının Bakıdakı Konqresinin gündəliyi bəlli olub

Avropa Badminton Konfederasiyasının Bakıdakı Konqresinin gündəliyi bəlli olub

Fərdi Fərdi
Azərbaycan avarçəkənləri Gürcüstanda 4 medal qazanıb

Azərbaycan avarçəkənləri Gürcüstanda 4 medal qazanıb